Fırtına Suriyanı vurdu: 4 ölübackend

Fırtına Suriyanı vurdu: 4 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada güclü fırtına nəticəsində 2-si uşaq olmaqla 4 nəfər həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadın xıbər verir.

Fırtına nəticəsində evlərin dam örtüyü uçub, bəzi evlərin divarları uçub.

Binalardan düşən daş və dağıntılar səbəbindən bəzi avtomobillərə ciddi ziyan dəyib.

Morek və Cibren kəndlərində uçan divarlar nəticəsində 2-si uşaq olmaqla 4 nəfər həyatını itirib.

Fırtına səbəbindən Aralıq dənizindəki bütün Suriya limanlarında nəqliyyatın hərəkəti dayandırılıb.

Vətəndaş müharibəsi səbəbiylə minlərlə insanın didərgin düşdüyü ölkənin şimalındakı çadır şəhərciklər fırtına nəticəsində yararsız hala düşüb.