Florida ştatında kiçik təyyarə evin üzərinə düşübbackend

Florida ştatında kiçik təyyarə evin üzərinə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatında kiçik təyyarə səyyar evə çırpılarkən yanğın baş verib, nəticədə ölən və yaralanan var. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın Florida ştatının Kliruoter şəhərində tək mühərrikli Beechcraft Bonanza V35 tipli təyyarə mobil evin üzərinə düşüb. Qəzadan sonra yanğın baş verərkən əraziyə polis və tibb qrupu sövq edilib.

Yanğın nəticəsində daha üç evə də ziyan dəyib. “Mən təsdiq edə bilərəm ki, həm təyyarədə, həm də mobil evdə itkilər olub”, – Clearwater Yanğın və Xilasetmə Başçısı Skott Ehlers açıqlamasında deyib.

Elers bildirib ki, pilot qəzadan bir qədər əvvəl Sankt-Peterburqda olub. Onun sözlərinə görə, Sent-Pit-Kliruoter Beynəlxalq Hava Limanının dispetçerlərinə təyyarədə bəzi problemlər yaşanması barədə məlumat verib. Federal Aviasiya Administrasiyası (FAA) pilotun “mühərrik nasazlığı” barədə məlumat verdiyini bildirib.

Qəza ilə bağlı araşdırmalar davam edir.