“Formula 1” Dünya Çempionatının 2023-cü il təqvimində yer alan Çin Qran-prisi Kovid-19 epidemiyasının yaratdığı təşkilati çətinliklərə görə ləğv edilib.
İnterpress.az “Bloomberg”ə istinadən bildirir ki, pandemiya səbəbindən 3 mövsüm keçirilə bilməyən yarış növbəti ilin təqvimindən də silinib.
Belə ki, “Formula 1″in saytında verilən açıqlamada 2023-cü il aprelin 16-da Şanxay şəhəri ilə eyniadlı trasda keçirilməsi planlaşdırılan yarışın ləğv edildiyi bildirilib. 24 yarışdan ibarət təqvimdəki boşluğu doldurmaq üçün alternativlərin qiymətləndiriləcəyi bildirilib.






