Fransa, Almaniya və İngiltərə Rusiyaya dəstəyinə görə İranla hava nəqliyyatını dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Fransa, Almaniya və İngiltərə İranın Rusiyaya ballistik raketlər tədarük etməsinə cavab olaraq İranla hava əlaqəsi müqavilələrini dayandırdıqlarını açıqlayıblar.
Ölkələr bəyanatda ikitərəfli razılaşmaların ləğvi üçün addımlar atacaqlarını bildiriblər və Tehranı Ukraynaya qarşı müharibədə Rusiyaya hər hansı dəstəyi dərhal dayandırmağa çağırıblar.
Bundan əvvəl ABŞ dövlət katibi Blinken Rusiyaya hərbi yardıma görə İrana qarşı sanksiyaların genişləndirildiyini açıqlayıb.
Britaniya hakimiyyəti də öz növbəsində bu gün Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib.
Xuraman Etibarlı
İnterpress.az