Fransa Rusiya qazının alışını ikiqat ARTIRIBbackend

Fransa Rusiya qazının alışını ikiqat ARTIRIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Aİ sanksiyalarına baxmayaraq, Rusiya qazının alışını ikiqat artırır və reeksportdan gəlir əldə edir.

İnterpress.az xəbər verir ki,  bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Biriçevski bildirib.

Fransa Avropa İttifaqının indiki anti-Rusiya sanksiyalarına baxmayaraq, Rusiyadan enerji resurslarının alışını aktiv şəkildə artırır. 2024-cü ilin birinci rübündə Fransanın Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alışı iki dəfə artaraq 4,4 milyard kubmetrə çatıb. Bu, əvvəlki dövrlə müqayisədə 2 dəfə çoxdur.

Xuraman Etibarlı

İnterpress.az