Fransada balıqçı köpək balığının hücumu nəticəsində ölübbackend

Fransada balıqçı köpək balığının hücumu nəticəsində ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Yeni Kaledoniya muxtariyyətində su altında balıq tutan şəxs köpək balığının hücumu nəticəsində ölüb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Adı açıqlanmayan şəxs bölgədəki Poum adasının 500 metr kənarında su altında balıq tutmaq istəyərkən köpək balığının hücumuna məruz qalıb.

Ailə üzvlərindən birinin kömək etmək cəhdinə baxmayaraq, köpəkbalığının hücumundan xilas ola bilməyən kişi həyatını itirib.

Sözügedən hadisə bu il Yeni Kaledoniyada ikinci ölümcül köpəkbalığı hücumu idi.

59 yaşlı avstraliyalı turist fevral ayında Noumea bölgəsindəki Chateau-Royal Beach-də çimərkən köpək balığının hücumu nəticəsində həlak olub.

Səlahiyyətlilər köpəkbalığı hücumlarına qarşı bölgədəki bəzi çimərlikləri qadağan etmişdi.