Fransada çökən binada ölənlərin sayı 8-ə çatıbbackend

Fransada çökən binada ölənlərin sayı 8-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Marsel şəhərində aprelin 8-dən 9-na keçən gecə baş verən partlayışdan sonra çökən binada həyatını itirənlərin sayı 8-ə yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Dağıntılar altında qalan son 2 nəfərin cəsədinin də çıxarıldığını bildirib.

Həyatını itirənlərin sayı 8-ə yüksələrkən, ölənlərin şəxsiyyətlərinin müəyyən edildiyi bildirilib.

Fransanın Marsel şəhərində aprelin 8-dən 9-na keçən gecə Tivoli rayonunda 5 mərtəbəli bina partlayışdan sonra uçub, ilkin məlumata görə, 33 nəfər xəsarət alıb.

Təhlükəsizlik məqsədilə ətrafdakı binalardan 200-ə yaxın insan təxliyə edilib.

Hadisə ilə bağlı araşdırma başladılıb və səlahiyyətlilər partlayışın qaz sızması nəticəsində baş vermə ehtimalına diqqət yetirdiklərini açıqlayıb.