Fransada şəhərin mərkəzində hərbi təlim keçirilibbackend

Fransada şəhərin mərkəzində hərbi təlim keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada fevralın 25-də başlayan və ölkənin NATO-dakı müttəfiqlərinin iştirakı ilə həyata keçirilən “Orion23” hərbi təlimi Cahors şəhərində başa çatıb.

ABŞ, İtaliya, İspaniya, Belçika və İngiltərədən 7 min əsgərin qatıldığı təlimin son mərhələsində əsgərlər mülki vətəndaşlar arasında boş güllə, səs və tüstü bombalarından istifadə ediblər.

Hərbçilər manevr ssenarisi çərçivəsində ələ keçirilən şəhəri “geri alıblar”. Ətrafdakıl insanlar tərəfindən qeydə alınan görüntülərdə əsgərlərin yaşayış məntəqəsində təlimləri zamanı avtomobillərin və mülki şəxslərin yolları keçməyə davam etdiyi əks olunub.

Son illərdə şəhər mühitində ən böyük təlim olan “Orion23″də Fransadan 1 000-ə yaxın hərbçi iştirak edib. Bu, təliminin son mərhələsi olub.