Fransada COVID-19-dan sonra səhiyyə sahəsində yaşanan böhran pik həddə çatıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, bir çox tibb işçisi təqaüdə çıxdıqdan və bəziləri həddindən artıq gərgin iş rejiminə görə başqa sektorlara üz tutduqdan sonra vəziyyət ciddiləşib.
Xüsusən də yaşlı əhalinin cəmləşdiyi kənd yerlərində mövcud yataq tutumu və kadrların sayı kifayət qədər deyil.
Ölkədə son iki ildə çoxlu xəstələr lazımi tibbi xidmət almadıqları üçün həyatını itirib.