Fransada silahlı hücum: 2 ölübackend

Fransada silahlı hücum: 2 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Fransanın Renn şəhərində silahlı hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Belə ki, dünən saat 22:00 radələrində Rennesdə bir ticarət mərkəzi yaxınlığında bir şəxs avtomatdan atəş açıb.

Hücum nəticəsində 29 və 35 yaşlı iki nəfər ölüb, bir nəfər isə yaralanıb.

Hadisə ilə bağlı adam öldürmə və adam öldürməyə cəhd maddələri ilə istintaq başladılıb.

Qaçan təcavüzkarın axtarışda olduğu və hücumun narkotik ticarəti ilə bağlı daxili qarşıdurma ola biləcəyi ifadə edildi.

Renn qubernatoru Filip Astruk şəhərdə belə ciddi hadisələrin nadir hallarda baş verdiyini bildirib.