Fransanın Korsika adasında baş verən yanğında 200 hektar ərazi məhv olubbackend

Fransanın Korsika adasında baş verən yanğında 200 hektar ərazi məhv olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada gecə yarısı Korsika adasının Yuxarı Korse bölgəsində yanğın baş verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Korbara, Piqna və Santa-Reparata-Di-Balanya yaşayış məntəqələrini təhdid etməyə başlayan və sürətlə irəliləyən yanğın indiyədək 200 hektar ərazini yandırıb.

Təhlükəsizlik məqsədilə 100-dən çox insan təxliyə edilib, 200 yanğınsöndürən isə ərazidə alovla mübarizə aparıb.

Turizm fəaliyyətlərinin də sıx olduğu bu bölgədə yanğınla əlaqədar qırmızı xəbərdarlıq elan edilib.