Rusiyanın Sovet silahları tükənir, Şimali Koreya boşluğu doldurur.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Kiyev İqtisadiyyat Məktəbinin məlumatına görə, 2022-ci ildən bəri Rusiya hərbi anbarlarından cəbhəyə tədarükün həcmi demək olar ki, iki dəfə azalıb və bu, köhnə ehtiyatların tükəndiyini göstərir.
Hətta 1940-cı illərin tanklarından da istifadə olunur.
Çatışmazlıqlar fonunda Rusiya getdikcə daha çox xarici təchizatçılardan – ilk növbədə Şimali Koreyadan asılıdır.
2024-cü ildə Rusiya arsenallarında “partlayıcı” kimi qeyd olunan yüklərin yarısından çoxu Şimali Koreyanın Naxodka limanından gətirilib.
Pxenyan həmçinin raketlər, haubitsalar və qoşunlar göndərir.
Analitiklərin hesablamalarına görə, Rusiya Şimali Koreyanın silah-sursatından atəşin intensivliyini saxlamaq üçün istifadə edir. Eyni zamanda, öz yüksək keyfiyyətli mərmilərini ehtiyatı saxlayır – ola bilsin ki, NATO ilə gələcək münaqişəni nəzərə alaraq.
Bundan əlavə, Çin və İran həm də Rusiyanın müdafiə sənayesi üçün lazım olan komponentlər və partlayıcı maddələrin mühüm tədarükçülərinə çevrilib.
Xuraman Etibarlı
İnterpress.az