Fukusima mübahisəsi: Yaponiyanın Pekin səfirliyinə 400 min təcavüz zəngi gəldibackend

Fukusima mübahisəsi: Yaponiyanın Pekin səfirliyinə 400 min təcavüz zəngi gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fukuşima Atom Elektrik Stansiyasında tullantı sularının axıdılması səbəbindən Yaponiya ilə Çin arasında yaranan gərginliyin təsirləri davam edir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yaponiyanın Çindəki səfirliyində tullantı sularının axıdılması prosesinin başladığı 24 avqustdan bəri səlahiyyətlilər ümumilikdə 400 min zəng qəbul edib.

Fukusimadan çıxan radioaktiv tullantı sularının okeana axıdılması böyük müzakirələrə səbəb olub.

Elektrik stansiyasında apardığı yoxlamalardan sonra Beynəlxalq Atom Enerjisi Agentliyi iyulun 4-də tullantı sularının axıdılmasının təhlükəsizlik standartlarına uyğun olduğunu bildirib. Pekin administrasiyası bu qərara reaksiya verib və Yaponiyadan dəniz məhsulları idxalını dayandırıb.

Fukuşima meri Hiroşi Kohata avqustun 26-da verdiyi açıqlamada bələdiyyəyə gündə 200 təcavüz telefon zəngi gəldiyini və nömrələrin əksəriyyətində Çin telefon kodunun +86 olduğunu bildirib.

Yaponiyanın Çindəki səfirliyindən dünən edilən açıqlamada, tullantı sularının axıdılması prosesinin 24 avqust tarixindən bu yana səlahiyyətlilərə cəmi 400 min zəng gəldiyi ifadə edilib.

Açıqlamada avqustun 25-də ən az 40 min, sonra isə orta hesabla 10 min zəng edildiyi bildirilib.

Səfirlik Pekin administrasiyasından əməliyyatların dayandırılmasına səbəb olan təqib çağırışlarının qarşısını almaq üçün kömək istəyib.

Yaponiyanın xarici işlər naziri Yoşimaşa Hayaşi də avqustun 29-da verdiyi açıqlamada Pekindəki səfirlik binasına kərpic atıldığını açıqlayıb.

Çinin Şantunq əyalətindəki Kinqdao və Jiangsu əyalətindəki Suçjou şəhərlərindəki Yapon məktəblərinə də daş və yumurta atılıb.

Çinin xarici işlər naziri Vanq Venbin baş verənlərə görə Yaponiyanı məsul tutaraq deyib: “Beynəlxalq ictimaiyyətin etirazlarına məhəl qoymayaraq su tökməyə başladılar. Bu, bütün dünyada qəzəb yaratdı. Mövcud vəziyyətin əsas səbəbi budur”.