G7-nin ticarət nazirləri qabaqcıl texnologiyaların ixracına nəzarət sahəsində əməkdaşlığa sadiq olduqlarını bəyan ediblər.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, G7 ticarət nazirləri onlayn görüşdən sonra birgə bəyanatla çıxış ediblər. Bəyanata görə, nazirlər qabaqcıl texnologiyalar üçün ixrac nəzarətinin həyata keçirilməsində əməkdaşlıq edəcəklərinə söz veriblər.
Nazirlər təsdiq ediblər ki, ixrac nəzarəti hərbi tətbiqlər üçün “kritik texnologiyaların yayındırılmasının yaratdığı problemləri həll etmək” üçün əsas siyasət alətidir.
Mikroelektronika və kibermüşahidə sistemləri kimi “kritik və inkişaf etməkdə olan texnologiyalar”ın zərərli aktorlar tərəfindən istifadəsinin qarşısını almaq üçün əməkdaşlıq ediləcək.