Məlum olduğu kimi Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların mandatlarına zidd olaraq Azərbaycan ərazisinə keçidini təmin etdikləri İran terror-təxribat qrupunun üzvləri daxil olub.Qarabağ ərazisinə buraxılan 14 nəfərin hamısı İran İslam Respublikasının vətəndaşlarıdır. Onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə rus sülhməramlıların postunu keçərək Xankəndiyə gediblər və hazırda oradadırlar.
Məsələni İnterpress.az-a şərh edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov müvafiq məsələ ilə əlaqədar Azərbaycan Respublikasını diqqətli olmağa çağırıb.
Onun sözlərinə görə, İran Azərbaycan məsələsində həmişə Ermənistanın yanında olub və bu ölkəni dəstəkləyib: “İran tarix boyu Ermənistanın yanında olub və təəssüf ki, bu, bu gündə belədir. Azərbaycana qarşı hansı qüvvə varsa İran onun yanındadır. Bu tarixi faktdır, İran siyasəti məhz elə bunun üzərində qurulub”.
GAK sədri eyni zamanda rus sülhməramlılarının, artıq bölgədən çıxarılmasının vaxtının çatdığına işarə edib.






