Gənc oğlan ov tüfəngi ilə qonşusunu öldürübbackend

Gənc oğlan ov tüfəngi ilə qonşusunu öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qonşu Gürcüstanın Kaxeti bölgəsinin Axmeta Bələdiyyəsində qətl hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, 71 yaşlı qadını qonşusu 18 yaşlı oğlan odlu silahdan atəş açaraq öldürülüb.

Yerli sakinlərin sözlərinə görə, qonşular arasında öncə sözlü mübahisə baş verib və daha sonra gənc oğlan ov tüfəngi ilə qadını güllələyib.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisə yerinə səfərbər olunub. Faktla bağlı istintaq açılıb.