Keçmiş general-mayor rüşvətə görə 8,5 il həbs cəzası aldı
Interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Mərkəzi Hərbi Dairəsinin sabiq avtobrontexnika xidməti rəisi Denis Putilov rüşvət almaq ittihamı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və general-mayor rütbəsindən məhrum olunub.
Məhkəmənin müəyyən etdiyinə görə, 2023–2024-cü illərdə dövlət sifarişçisi ilə bir sahibkar arasında hərbi texnikanın təmiri və texniki xidmətinə dair milyonlarla rubl dəyərində müqavilələr bağlanıb.
Bu müqavilələrin icrasına nəzarət Putilovun üzərinə düşsə də, o, sahibkardan “ümumi himayə” müqabilində 10 milyon rubl məbləğində rüşvət alıb.
Nəticədə müqavilə öhdəlikləri yerinə yetirilməyib.
Xuraman Etibarlı
Interpress.az