Generalın minaya düşdüyü maşının görüntüləri yayıldı – Fotolar + Videobackend

Generalın minaya düşdüyü maşının görüntüləri yayıldı – Fotolar + Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə mətbuatında Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilərlə görüşündə Vətən müharibəsi döyüşlərinə rəhbərlik edən generallar arasında 1-ci Ordu korpus komandiri, general-mayor Hikmət Həsənovun olmaması ilə bağlı fərqli məlumatlar yayılıb.

, generalın həmin gün gözə dəyməməsi müxtəlif səbəblərlə izah olsunsa da, Hikmət Həsənov Bizimxeber.az-a tədbirdə niyə iştirak etmədiyinin səbəbini açıqlayıb. Bildirib ki, müharibə zamanı aldığı zədələr səbəbindən hazırda hərbi hospitalda müalicə alır: “10 noyabr 2020-ci il tarixində bağlanan Üçtərəfli Bəyanatdan sonra, Ağdam şəhərinin qaytarılması əməliyyatı zamanı mənim də olduğum zirehli avtomobil ermənilərin basdırdığı minaya düşdü. Partlayış nəticəsində müxtəlif zədələr aldım və hazırda sistemli olaraq müalicədəyəm”.

General-mayor həmçinin əlavə edib ki, burada başqa səbəb axtarmaq lazım deyil: “Vətənə, dövlətə xidmətim davam edir. Fürsətdən istifadə edərək Azərbaycan xalqını, bütün zabit, gizir və əsgər heyətini Zəfər Günü münasibəti ilə təbrik edirəm. Qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycandır!”.

 

 

Generalın minaya düşdüyü maşının görüntüləri yayıldı - Fotolar  + Video
Generalın minaya düşdüyü maşının görüntüləri yayıldı - Fotolar  + Video