Geyb Nyuell 500 milyon dollara nəhəng YAXTA ALDI – FOTOLARbackend

Geyb Nyuell 500 milyon dollara nəhəng YAXTA ALDI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Geyb Nyuell 500 milyon dollara nəhəng “Leviathan” yaxtasını alıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Valve şirkətinin qurucusu Geyb Nyuell 111 metrlik ultra-lüks “Leviathan” yaxtasını satın alıb.

Yeni nəhəng gəmi əsl texnoloji istehkamı xatırladır və sahibinin həyat tərzinə uyğun şəkildə xüsusi olaraq təchiz edilib.

Yaxtada 15 kompüterlik oyun zalı, peşəkar sinifdə yarış simulyatorları, 54 nəfərlik geniş yemək sahəsi, spa zonası və şəxsi kinoteatr mövcuddur.

Gəmidə həmçinin müasir tibbi avadanlıqlarla təchiz edilmiş med-mərkəz, sualtı texnikanın saxlanması üçün xüsusi qaraj, hidrotsikllər və hətta kiçik sualtı qayıq da yerləşdirilib.

Əlavə olaraq, “Leviathan”da basketbol meydançası və tamhüquqlu idman zalı var.

Yaxtanın daxili dizaynı və texniki avadanlıqlarının böyük hissəsi Nyuellin şəxsi istəklərinə uyğunlaşdırılıb.

Dənizdə həm istirahət, həm də əyləncə üçün yaradılan bu məkan, onun texnologiya və oyun mədəniyyətinə bağlılığının növbəti stereotip sındıran nümunəsi hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az