Nadir “ginkqo” dişli dimdikli balina ilk dəfə canlı halda müşahidə edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Alimlər Meksika sahillərində əvvəllər yalnız sahildə ölü nümunələrdən tanınan “ginkqo” dişli dimdikli balinanı ilk dəfə canlı şəkildə görüb.
Müəyyənləşib ki, balina Kaliforniya sularında yaşayır. Bu bölgə uzun illərdir ehtimal edilirdi, lakin yalnız indi canlı müşahidə ilə dəqiqləşdi.
Onların dəqiq yaşayış yerinin müəyyən olunması hələ də davam edir.

Xuraman Etibarlı
İnterpress.az






