Türkiyədə güclü zəlzələlərdən sonra ölkəyə dəymiş zərərin həcmi açıqlanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, məlumata görə zəlzələlər nəticəsində qardaş ölkəyə dəyən zərərin məbləği 105 milyard dolları ötüb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ olub.
Xeyli sayda insan tələfatı və genişmiqyaslı dağıntılarla nəticələnən bu yeraltı təkan dünyada “Əsrin fəlakəti” adlandırılıb.
Son rəqəmlərə əsasən, zəlzələ qurbanlarının sayı 49 000 nəfəri keçib.