Onların dediyinə görə, hökumət gənci etirazçıların liderlərindən biri kimi qələmə verməyə çalışır və onun barəsində edamla nəticələnə biləcək ağır ittihamlar irəli sürülür.
Qeyd edək ki, BMT-nin İranın İnsan Haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman noyabrın 29-da etirazçılara qarşı repressiyaların güclənməsi və İslam Respublikası hakimiyyətinin etirazçıların edamı “kampaniyasına” başlamasından narahatlığını bildirib.
Rəhmanın sözlərinə görə, etirazlarda 1-i qadın olmaqla saxlanılan 21 nəfər edamla nəticələnə biləcək “qeyri-müəyyən və genişmiqyaslı cinayətlər” törətməkdə ittiham olunurblar və onlardan altısına bu ay edam hökm oxunub.