Cənubi Azərbaycanın Ərdəbil vilayətində məktəbli uşaqlar “Ana Yurdum, Vətənim” şeirini oxuyublar.
Bu barədə İnterpress.az-a bir qrup güneyli soydaşımız məlumat verib.
Bildirilib ki, Azərbaycanın güneyində yaşayan hər bir uşaq kim olduğunu, hansı Vətənin vətəndaşı olduğunu, onun hər bir vətəndaş kimi öhdəsinə nələr düşdüyünü dərk edir.
Amma buna baxmayaraq, Güney Azərbaycanda “Ana Yurdum, Vətənim” şeirinin səsləndirilməsi İran rejiminin qəzəbinə səbəb olub.