Gürcü nazir azərbaycanlılarla görüşdübackend

Gürcü nazir azərbaycanlılarla görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsinə səfər edib.

İnterpress.az xəbər verir ki,istinadən xəbər verir ki, o, səfər çəçivəsində Marneuli rayonunda ictimaiyyət nümayəndələri ilə görüş keçirib.

Görüşdə T.Axvlediani vətəndaş inteqrasiyası sahəsində əldə olunan nailiyyətlər və bu sahədə mövcud problemlərdən danışıb.

Dövlət naziri bildirib ki, etnik azlıq nümayəndələri ilə vətəndaş bərabərliyi və inteqrasiya, keyfiyyətli təhsilin əlçatanlığı, dövlət dilinin tədris səviyyəsinin yüksəldilməsi və Gürcüstanın mədəni müxtəlifliyinin qorunub saxlanılması məsələləri müzakirə olunub: “Onların fikirləri və ideyaları ilə tanışılıq mənim üçün xüsusən vacib idi. Belə ki, biz vətəndaş bərabərliyi və inteqrasiya üzrə yeni strategiya üzərində iş aparırıq”.

İnterpress.az