Gürcüstan parlamentində qırmızı təhlükəsizlik səviyyəsi ELAN EDİLDİbackend

Gürcüstan parlamentində qırmızı təhlükəsizlik səviyyəsi ELAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamentində qırmızı təhlükəsizlik səviyyəsi elan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb. Bildirilir ki, Gürcüstan parlamenti qırmızı təhlükəsizlik səviyyəsindədir. Giriş ziyarətçilərlə məhdudlaşır. Binaya yalnız parlament üzvləri və işçilər buraxılacaq.

O da bildirilir ki, gecə nümayişi zamanı Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb, polisə tabe olmayan və inzibati qaydanı pozan 43 nəfər saxlanılıb.

Bu gün Tbilisinin Rustaveli prospektində yerli vaxtla saat 19:00-da yeni etiraz aksiyası elan olunub.

Xuraman Etibarlı

İnterpress.az