Gürcüstan xaricdə səsverməni QADAĞAN ETDİbackend

Gürcüstan xaricdə səsverməni QADAĞAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamenti xaricdə yaşayan vətəndaşların xaricdə səs verməsini qadağan edir.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb ki, ölkədən kənarda yaşayan gürcü vətəndaşlarının xaricdə səsvermə hüququ ləğv ediləcək.

Seçki qanunvericiliyinə dəyişikliklər yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq.

Papuaşvili bildirib ki, 2024-cü il parlament seçkiləri xaricdə yaşayan seçicilərə göstərilən informasiya və siyasi təzyiqin səviyyəsini açıq şəkildə nümayiş etdirib.

Onun sözlərinə görə, risklər artdığı üçün səsvermə yalnız ölkə daxilində və seçicinin qeydiyyatda olduğu ünvanda mümkün olacaq.

Yeni qaydalara əsasən, səs vermək istəyən gürcü vətəndaşları seçki günü ölkəyə qayıtmalı olacaqlar.

Dəyişikliklər beynəlxalq aləmdə və diaspor arasında ciddi müzakirələr doğurub.

Xuraman Etibarlı

İnterpress.az