Gürcüstanda onkoloji cərrahiyyə üzrə həm planlı, həm də təcili əməliyyatlar büdcə vəsaiti hesabına sığortalananlardan başqa bütün onkoloji xəstələr üçün ödənişsiz olacaq.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Bu ilin avqust ayından ölkə üzrə bütün onkoloji xəstələr üçün hormon terapiyası, kimyaterapiya, şüa terapiyası və dərman preparatları maliyyələşdirilib.
Bu gün Gürcüstan hökuməti tərəfindən təsdiq edilmiş dəyişikliyə əsasən, kimya/hormon/radiasiya terapiyası və dərman preparatları, eləcə də onkoloji cərrahiyyə üçün maliyyə vətəndaşlar üçün bərabər şəkildə təmin ediləcək.
Sözügedən qərara əsasən, universal səhiyyə proqramı çərçivəsində onkoloji xəstəliklərin müalicəsi gəlirindən asılı olmayaraq hər bir benefisiar üçün bərabər əlçatan olacaq.