Gürcüstanda xarici agentlərin reyestrində qeydiyyatdan keçmiş QHT-lərin maliyyələşdirilməsi üçün fond yaradılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” baş nazir Kobaxidzeyə istinadən məlumat yayıb.
Gürcüstan hökuməti qeyri-hökumət təşkilatları (QHT) üçün dövlət büdcəsindən maliyyələşəcək qrant proqramına start verəcək.
“Bəzi xarici donorlar bir çox QHT-ləri Gürcüstanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçsələr, maliyyələşdirməni dayandırmaqla hədələyiblər”, – Gürcüstanın baş naziri qeyd edib.
Onun sözlərinə görə, ilk qrantlar 2025-ci ilin yanvarında ödənilməyə başlayacaq
Xuraman Etibarlı
İnterpress.az