2024-cü ilin yanvar ayında Gürcüstandan ümumilikdə 5 477 avtomobil (112 047 milyon ABŞ dolları dəyərində) ixrac edilib ki, bunun da təxminən 80%-i Avrasiya İttifaqı ölkələrinin payına düşüb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Bu il adıçəkilən iqtisadi birliyin dövlətlərinə ümumilikdə 4328 ədəd nəqliyyat vasitəsi ixrac edilib ki, bu da 88,645 milyon ABŞ dolları təşkil edir.
Eyni zamanda, Avrasiya İttifaqı ölkələrinə ixrac edilən avtomobillərin demək olar ki, 56%-i Qazaxıstan, 30,4%-i Qırğızıstan və 13,7%-i isə Ermənistanın payına düşür.
O cümlədən, 2024-cü ilin yanvar ayında Gürcüstandan Ermənistana 591 avtomobil (9 399 milyon ABŞ dolları), Qazaxıstana 2 419 avtomobil (33 944 milyon ABŞ dolları), Qırğızıstana 1 317 avtomobil (45 303 milyon ABŞ dolları), Belarusa 1 ədəd avtomobil (11 min ABŞ dolları) ixrac edilib, Rusiyaya isə heç bir avtomobil ixrac edilməyib.
Xatırladırıq ki, bu il aprelin 1-dən Rusiya Avrasiya İqtisadi İttifaqı ölkələrindən avtomobillərin idxalı qaydalarını sərtləşdirir.