Gürcüstanın Azərbaycanlıların çoxluq təşkil etdiyi Bolnisi bələdiyyəsinin Faxralı (Talaveri) kəndinin mərkəzi küçələrindən elektrik dirəyi qəzalı vəziyyətdədir.
İnterpress.az-a daxil olan məlumata əsasən, dirəyin bu vəziyyətdə olması soydaşlarımız üçün təhlükə mənbəyidir. Elektrik dirəyinin təcili şəkildə təmir edilməsi ilə bağlı bir həftə əvvəl yerli sakinlər Bolnisi meriyasına rəsmi müraciət etsələr də, lakin hələlik hər hansı bir tədbir görülməyib.
Bildirilir ki, sözügedən yoldan hər gün yüzlərlə avtomobil və yerli sakinlər istifadə edir. Ekektrik dirəyinin aşaraq ciddi faciəyə səbəb olması ehtimalı çox yüksəkdir.







