Gürcüstanın xarici işlər naziri Çinin Tbilisidəki səfiri ilə görüşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb. Bildirilir ki, Gürcüstanın xarici işlər naziri Boçorişvili Çinin Tbilisidəki səfiri Çjou Tsyanla görüşüb.
Ölkələr arasında strateji tərəfdaşlıq məsələləri, o cümlədən müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də regionda mövcud proseslər və çağırışlar müzakirə edilib.
Xuraman Etibarlı
İnterpress.az