“Haaretz”: İsrail ordusu Livanda nəzərdə tutulduğundan daha uzun müddət qala bilərbackend

“Haaretz”: İsrail ordusu Livanda nəzərdə tutulduğundan daha uzun müddət qala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Livanın cənubunda razılaşmada nəzərdə tutulduğundan daha uzun müddət qala bilər.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti yazır.

Livan ordusu ölkənin cənubuna tam nəzarəti ələ keçirə bilməsə, İsrail ordusu qüvvələri İsrail və Hizbullah arasında atəşkəs razılaşmasında göstərilən 60 gündən sonra Livanın cənubunda qalacaq.

Yəhudi Dövlətinin müdafiə mənbəsinin sözlərinə görə, təşkilatın yaraqlıları tərəfindən vaxtaşırı pozuntulara baxmayaraq, İsrail hazırda noyabrın 27-də qüvvəyə minən atəşkəslə bağlı “razılaşmanın icrasından razıdır”.

Eyni zamanda Livan ordusu İsrail tərəfini razılaşmanın şərtlərini pozmaqda ittiham edir.

Bu gün səhər saatlarında Livan mediası İsrail ordusunun ölkənin cənubundakı əhalinin məskunlaşdığı ərazilərə doğru irəlilədiyini və quruda mövqelərini gücləndirmək üçün orada iş apardığını bildirib.

Xuraman Etibarlı

İnterpress.az