Haitidə daşqınlar nəticəsində azı 15 nəfər ölübbackend

Haitidə daşqınlar nəticəsində azı 15 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haitidə təsirli olan leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ilk təsbitlərə görə 8 nəfər itkin düşüb, 15 nəfər ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, daşqın səbəbindən təxminən 13,400 nəfər evlərindən təxliyə edilib.

Güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 7400-dən çox evə ziyan dəydiyi halda, ilkin təsbitlərə görə 8 nəfər həlak olub, 15 nəfər həyatını itirib.

Haiti Baş naziri Ariel Henri verdiyi açıqlamada hökumətin daşqınlardan zərər çəkənlərə kömək etmək üçün yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirib.

2016-cı ildə Haitidə “Metyu” qasırğası nəticəsində 800-dən çox insan həlak olub.