Fransa tarixində ən böyük müdafiə məlumatı pozuntusunu qeydə alıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Hakerlər döyüş nəzarəti kodları və nüvə proqramı daxil olmaqla kritik sistemlərə giriş əldə edib.
Nəşr yazır ki, sualtı qayıqlar və döyüş gəmiləri istehsal edən Fransanın müdafiə şirkəti Naval Group kibercinayətkarların hücumuna məruz qalıb.
Hakerlər aşağıdakıları ehtiva edən gizli məlumatları əldə etdilər:
— Döyüş sistemlərinin mənbə kodu;
— Sualtı nüvə silahları üçün proqram təminatı;
— Rafale-M qırıcıları haqqında sənədlər;
– Daxili e-poçtlar.
ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqları və freqatlarının döyüş sistemləri ilə bağlı 30 GB məlumat buraxılıb.
ABŞ və Fransa hakimiyyət orqanları davam edən təhqiqat çərçivəsində açıqlanan məlumatların həqiqiliyini yoxlayır.
Xuraman Etibarlı
İnterpress.az