Hava şəraiti ilə əlaqədar olaraq əsas avtomobil yollarının vəziyyəti açıqlandıbackend

Hava şəraiti ilə əlaqədar olaraq əsas avtomobil yollarının vəziyyəti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Mövcud hava şəraiti ilə əlaqədar respublika yollarının vəziyyəti açıqlanıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Hava şəraiti ilə əlaqədar ölkənin Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda hazırda marşrut boyu qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 8 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz-qum səpilir.

Xınalıq istiqamətində yol boyu qar yağır, səhər saatlarından 15 dərəcə şaxta var. Yol boyu hərəkətin təmin olunması məqsədilə yolun hərəkət hissəsindən qar təmizlənir və nəqliyyatın hərəkəti təmin olunur.

Giləzi – Xızı avtomobil yolunda marşrut boyu əraziyə qar yağır, 5-8 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilmə işləri həyata keçirilir.

Bakı – Qobustan yolunda güclü küləklə müşayiət olunan qar yağır. Rayon ərazisində 10-12 sm qar var, şaxta 4-5 dərəcə təşkil edir. Yolun 90-109 km hissəsində buzlaşma əmələ gəlmişdir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Eyni zamanda Qobustan – Şamaxı – Muğanlı avtomobil yolunda da bənzər vəziyyət müşahidə olunur. Əraziyə qar yağır, İsmayıllı rayonu ərazisində təxminən 15-20 sm qar var. Şaxta 2-3 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Muğanlı – Ağsu – Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsində 5-6 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var.

Bakı – Ələt – Hacıqabul yolunun Bakı-Ələt hissəsində zəif çiskin var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlax yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax – Gəncə – Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədində yolun Gəncə-Qazax hissəsində qar yağır, Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı avtomobil yoluna yağan qarın qalınlığı 15-20 sm arasında dəyişir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. 3-4 dərəcə şaxta var. Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

İsmayıllı – Qəbələ – Oğuz – Şəki yolunun İsmayıllı və Qəbələ rayonları ərazisinə 3-4 dərəcə şaxta, 10-20 sm qar, Oğuz və Şəki rayonları ərazisində 4-5 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Eyni zamanda Şəki – Qax – Zaqatala bölgəsinə də qar yağır. Lakin şaxtanın olmamasından avtomobil yolunda qar yığılmır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax – Şəki (Göybulaq) yolunda hərəkət tənzimlənib. Şəki rayonu ərazisində qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun Daşkəsən rayonu ərazisinə möhkəm qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 7-8 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Şəmkir – Gədəbəy avtomobil yoluna marşrut boyu əraziyə qar yağır, 3-4 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilmə işləri həyata keçirilir.

Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi yoluna sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Masallı – Yardımlı avtomobil yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Lənkəran – Lerik yolunda isə hərəkət tənzimlənir. Lerik rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Hacıqabul – Bəhramtəpə – Horadiz yoluna da sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldı.

 

İnterpress.az