NASA kosmosdan hava çirkliliyinə nəzarət edəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bunun üçün kosmosa cihaz buraxılıb.
Belə ki, Orbitə çıxdıqdan sonra cihaz Puerto Rikodan Kanadaya qədər hər saat havanın keyfiyyətini ölçəcək.
Amerika Aerokosmik Agentliyinin (NASA) havanın çirklənməsinə nəzarət edən cihazı Amerikanın SpaceX şirkəti tərəfindən buraxılıb.
Cihaz Şimali Amerika qitəsində havanın çirklənməsinə nəzarət edəcək.
Qısaldılmış TEMPO olan Troposfer Emissiyalarının Çirklənməsi Monitoru ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Stansiyasından orbitə uğurla buraxılıb.
Orbitə tam yerləşdirildikdən sonra cihaz Puerto Rikodan Kanadaya qədər hər saat havanın keyfiyyətini ölçəcək.
Bildirilib ki, TEMPO cihazının NASA-ya ümumi dəyəri təxminən 210 milyon dollardır.