Ərəb ölkələri Qəzzadan olan fələstinli qaçqınları qəbul etmək istəmir.
İnterpress.az xəbər verir ki, bu barədə “Turkiye Today” məlumat yayıb.
Nəşr yazır ki, heç bir ərəb dövləti Qəzzadan gələn qaçqınları qəbul etməyə hazır deyil.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu ilin fevralında Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında Qəzza sakinlərinin digər ölkələrə yerləşdirilməsi planından danışmış və “ABŞ-nin sektora nəzarəti ələ alacağını” bəyan etmişdi.
Xuraman Etibarlı
İnterpress.az






