HƏMAS 48 saat ərzində İsrailin təklifinə cavab verəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Bildirilir ki, HƏMAS 48 saat ərzində İsrailin girovlarla bağlı təklifinə cavabını vasitəçilərə təqdim edəcək.
Ömürlük həbs cəzası çəkən 120 terrorçunun müqabilində 10 canlı girov, atəşkəs müqabilində Qəzzanın tam silahsızlaşdırılması.
İsrailin HƏMAS-a çatdırdığı təklifin əsas məqamı budur. Çərşənbə axşamı, aprelin 15-də, təfərrüatlar ərəb mediasında dərc olunacaq.
Xuraman Etibarlı
İnterpress.az