HƏMAS-ın “Nuxba” xüsusi təyinatlılarının komandiri öldürülüb.
interpress.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) Qəzza zolağında “Nuxba” xüsusi təyinatlılarının komandirini məhv edib.
Onun 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumunda fəal iştirak etdiyi qeyd olunur.
Qeyd edək ki, Nuxba (ərəbcədə hərfi mənası – elit) HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadaları tərkibində dəniz komando birliyidir.
Bu bölmənin əsas vəzifəsi Dəmir Qübbə hava hücumundan müdafiə sistemi tərəfindən təsirlənməyən strateji infrastrukturu, hərbi gəmiləri və elektrik stansiyalarını məhv etmək üçün dənizdən quruya hücum etmək məqsədi ilə İsrail ərazisinə nüfuz etmək, sualtı partlayıcılardan və idarə olunan raketlərdən istifadə etməkdir.
Xuraman Etibarlı
İnterpress.az