Hər kəsi təəccübləndirən nənə: 99 yaşında xalça toxuyur – VİDEObackend

Hər kəsi təəccübləndirən nənə: 99 yaşında xalça toxuyur – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 99 yaşlı qadının xalça toxuması hər kəsin marağına səbəb olub.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Selver Karakale adlı yaşlı qadın nə az, nə çox – düz 99 il əvvəl (1923-cü ildə) Konya şəhərində dünyaya göz açıb.

Yaşının kifayət qədər çox olmasına baxmayaraq özünü cavan hiss edən Selver nənə bildirir ki, xalçaçılıq sənətini davam etdirməyi, bunu gənclərə ötürməyi və bu sənətin sirlərini gələcək nəsillərə çatdırılması əsas amalıdır.

O, hələ uşaq yaşlarından evlərində ailə üzvlərinin xalçaçılıqla məşğul olduğunu vurğulayıb və bu sənətin sirlərinə 8 yaşında yiyələndiyini bildirib.