Almaniya ordusunun 2025-ci ilə qədər həm şəxsi heyət, həm də texnika çatışmazlığı səbəbindən NATO-da vəd etdiyi vəzifələri yerinə yetirə bilməyəcəyi bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Bild” qəzeti Almaniya Quru Qoşunlarının komandanı general-leytenant Alfos Maisin Baş Qərargah rəisinə göndərdiyi 14 səhifəlik hesabatla bağlı məlumat yayıb.
Hesabatda Almaniyanın 2025-ci ilə qədər həm kadr, həm də texnika çatışmazlığı səbəbindən NATO-da vəd etdiyi öhdəlikləri yerinə yetirə bilməyəcəyi bildirilib:
“Bütün səylərə baxmayaraq, ordu yalnız 2025-ci ilə qədər məhdud bir əməliyyat hazırlığı qura biləcək”.
Hesabatda bütün ordunun ehtiyatları müzakirə edilsə belə, ordunun 2025-ci ildə arzu olunan sistemlərlə tam təchiz olunmayacağına diqqət çəkilib.
Hesabatda tədbir görülmədiyi təqdirdə şəxsi heyətin və materialların tükənəcəyi diqqətə çatdırılıb və bu səbəbdən müdafiə büdcəsinin davamlı olaraq artırılmasına çağırılıb.