Heyətdə son dəyişiklik: Avropa çempionumuz mötəbər turnirə aparılmayacaqbackend

Heyətdə son dəyişiklik: Avropa çempionumuz mötəbər turnirə aparılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

16-18 aprel tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak edəcək millimizin heyətində dəyişiklik olunub.

İnterpress.az-ın xəbərinə görə, yığmamızın lideri Rüstəm Orucov (-73 kq), eləcə də Məmmədəli Mehdiyev (-90 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq) və Gültac Məmmədəliyevanın (-52 kq) adları iştirak ərizəsindən çıxarılıb.

Heyət 10 nəfərə endirilib (bu, hər ölkə üçün maksimum limit sayılır – S.M.). Əvvəlki heyətə əlavə olaraq Nicat Şıxəlizadə və Hidayət Heydərovun adı daxil edilib.

Beləliklə, millimiz kişilərdə Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi -60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlarda isə İrina Kindzerskaya (+78 kq) ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğludan aldığımız məlumata görə, siyahıda dəyişiklik Olimpiadaya lisenziya qazanmış Rüstəm Orucovla Məmmədəli Mehdiyevi mümkün zədələrdən qorumaqdır. Həmçinin kişilərdə digər çəkilərdə Olimpiadaya lisenziya üçün rəqabət mühitinin qorunub saxlanması üçün digər idmançılara da üstünlük veriləcək. E.Əşrəfoğlu onu da bildirib ki, idmançıları Olimpiada qabağı zədədən qorumaq üçün 6-13 iyunda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına da bəzi əsas heyət üzvləri aparılmaya bilər.

 

 

İnterpress.az