Kanadada Sıx separatçı təşkilatı Khalistan Liberation Force (KLF) lideri Hardeep Singh Nijjarın qətlindən sonra mübahisə davam etdiyi üçün Hindistan Kanada vətəndaşları üçün vizaları dayandırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Sözügedən addımla bağlı Kanadada Hindistan viza müraciətlərini qəbul etməyə səlahiyyətli təşkilat BLS İnternational-ın internet saytından açıqlama verilib.
Hindistan Missiyasından vacib açıqlamada deyilir: ” 21 sentyabr tarixindən etibarən əməliyyat səbəblərinə görə Hindistan viza xidmətləri növbəti bildirişə qədər dayandırılıb”.
Hindistan rəsmisi mətbuata açıqlamasında qərarı təsdiqləsə də, qərarın səbəbi ilə bağlı açıqlama verməyib.