Hindistan Myanmanın Çin əyaləti ilə sərhədlərini bağlayırbackend

Hindistan Myanmanın Çin əyaləti ilə sərhədlərini bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan üç vətəndaşının öldürülməsindən sonra Myanmanın Çin əyaləti ilə sərhədlərini bağlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Vaşinqtonda yerləşən Azad Asiya Radiosunun (RFA) Myanma Xidmətinə danışan Çin əyalətinin Matupi qəsəbəsində yaşayan bir şəxs Myanma ordusunun 3 Hindistan vətəndaşını öldürməsindən sonra Mizoram və Manipur əyalətlərinin bu əyalətə 4 sərhəd qapısını bağladığını bildirib.

Təhlükəsizliyi səbəbiylə adını açıqlamayan Myanma əsilli həmin şəxs bağlı qapılar səbəbiylə qida, müalicə və sığınacaq imkanlarının (Hindistan tərəfində) kəsildiyini söyləyib.

Məlumata görə, hava hücumundan sonra minlərlə myanmarlı Hindistanın sərhədyanı Mizoram əyalətinə sığınıb.