Hindistan Rusiyadan üz döndərir – Kremlin büdcəsi aşağı düşəcək – “Reuters”backend

Hindistan Rusiyadan üz döndərir – Kremlin büdcəsi aşağı düşəcək – “Reuters”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Moskvadan üz döndərə bilər və Kremlin büdcəsi aşağı düşə bilər.

İnterpress.az xəbər verir ki, “Reuters” Trampın Rusiya neftini sanksiyalarla vuracağı təqdirdə nə baş verəcəyini təhlil edib.

Agentlik hesab edir ki, Trampdan ikinci dərəcəli sanksiyalar təhlükəsi kifayət qədər realdır və Rusiyanın maliyyəsinə ciddi zərbə vura bilər.

Rusiya neftinin ən böyük alıcısı olan Hindistan hazırda ABŞ ilə çətin ticarət danışıqları aparır və çox güman ki, digər tədarükçülərə üstünlük verərək münasibətləri gərginləşdirmək istəməyəcək.

Hətta Moskvanın əsas tərəfdaşı olaraq qalan Çin də daha aşağı qiymətlərlə bağlı danışıqlar apara biləcək ki, bu da Kremlin ixrac gəlirlərinin azalmasına səbəb olacaq.

“Reuters” xatırladır ki, neft və qaz rüsumları Rusiya büdcəsinin yarısını təmin edir və bu gəlirlərin bir hissəsinin itirilməsi ağrılı olacaq.

Eyni zamanda, Fars körfəzi ölkələri Rusiyadan tədarükün azaldılması halında neft bazarında mümkün kəsiri tez bir zamanda kompensasiya edə biləcəklər.

Xuraman Etibarlı

İnterpress.az