Hindistan səfiri İcevanda etiraz edən həmvətənləri ilə GÖRÜŞDÜ – VİDEObackend

Hindistan səfiri İcevanda etiraz edən həmvətənləri ilə GÖRÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan səfiri İcevan şəhərində (Karvansaray – red.) etiraz edən həmvətənləri ilə görüş keçirib

Interpress.az xəbər verir ki, bu barədə “İdj Grand Tekstil” fabrikinın direktoru Mger Mirzoyan “Sputnik Ermənistan”a məlumat verib.

Hindistanın Ermənistandakı səfiri Nilakşi Saha Sinxa İcevana gedərək hindistanlı işçilərin tətili ilə bağlı vəziyyəti yerində araşdırıb.

Hazırda səfir etiraz aksiyası keçirən həmvətənləri ilə görüşür.

Xatırladaq ki, bir neçə gündür Hindistan vətəndaşları əmək haqlarının verilməməsinə və məcburi işlədilmələrinə etiraz olaraq aksiya keçirirlər.

Onlar maaşlarının ödənilməsini və Hindistana qayıtmağı tələb edirlər.

Xuraman Etibarlı

Interpress.az