Tramp bizi Pakistanla barışdırdı? Biz isə fərqinə varmadıq.
İnterpress.az xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib. O bildirib ki, mayın 10-da başa çatan “Sindur” əməliyyatı ABŞ prezidenti Donald Trampın iştirakı olmadan keçirilib.
Nazirin sözlərinə görə, aprelin 22-dən iyulun 17-dək Vaşinqtondan Yeni Dehliyə heç bir zəng olmayıb və münaqişəyə son qoymaq üçün ticarət şərtləri ilə bağlı danışıqlar aparılmayıb.
O xatırladıb ki, yeganə təmas iyunun 17-də Hindistan liderinin Kanadaya səfəri zamanı Tramp və baş nazir Narendra Modinin bir-birinə zəng etdiyi zaman olub.
Buna baxmayaraq, Tramp bu gün Şotlandiyada bildirib ki, onun hərəkətləri altı beynəlxalq müharibənin, o cümlədən Hindistan və Pakistan arasındakı münaqişənin qarşısını almağa kömək edib.
Xuraman Etibarlı
İnterpress.az