Çikaqodan Dehliyə uçan Air India təyyarəsi tualetlərin daşması səbəbindən geri qaytarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “One Mile At A Time” məlumat yayıb. Hindistana 10 saatlıq uçuş edən təyyarə tualetlərin tıxanması səbəbindən geri qayıdıb.
Təyyarədəki 12 tualetdən yalnız biri dörd saatlıq uçuşdan sonra işləyib və ekipaj geri qayıtmağa qərar verib. Layneri qaydaya salmaq iki gün çəkib – qoxu dözülməz idi.
Xuraman Etibarlı
İnterpress.az