Hindistanın Madhya-Pradeş əyalətinin İndor şəhərində məbəddə damı çökən quyuya düşərək ölənlərin sayı 35-ə çatıb, 16 nəfər isə yaralanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Hadisə Ram Navami Festivalı zamanı Beleshwar Mahadev Jhulelal məbədində köhnə böyük quyunun (bavdi) damının uçması nəticəsində baş verib.
Quyunun dar girişi və palçıq səbəbindən xilasetmə işlərinin çətinliklə aparıldığını qeyd edən səlahiyyətlilər, ordunun şəxsi heyəti də daxil olmaqla 140 nəfərlik xilasetmə qrupunun sıxışmış insanların çıxarılması üçün böyük səy göstərdiyini bildiriblər.
Şahidlərin bildirdiyinə görə, Tanrı Rama bayramı zamanı məbəddəki onlarla insan çaxnaşma içində çıxışa doğru hərəkət edərkən quyunun damı çöküb:
“İndiyə qədər 35 cəsədi çıxardıq, xilasetmə əməliyyatı hələ də davam edir”.
Əyalət baş naziri Şivraj Sinq Çuhan verdiyi açıqlamada ölənlərdən 33-nün şəxsiyyətinin müəyyən edildiyini, bir nəfərin itkin düşdüyünü, 16 yaralının isə müalicə altına alındığını bildirib.
Chouhan bildirib ki, o, işin araşdırılmasına göstəriş verib.
Bildirilib ki, bələdiyyə rəhbərliyi quyunun təhlükəsiz olmadığı və yanvar ayında icazəsiz tikildiyini əsas gətirərək qapağın götürülməsini tələb etsə də, məbəd rəhbərliyi bu tələbi nəzərə almayıb.