Hindistanda qar uçqunu nəticəsində 6 nəfər ölübbackend

Hindistanda qar uçqunu nəticəsində 6 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Sikkim əyalətində 6 turist qar uçqunu nəticəsində həlak olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ölkənin şimal-şərqindəki Sikkim əyalətindəki Nathu La dağ keçidində yerli vaxtla saat 12:20-də qar uçqunu düşüb.

Eyni zamanda uçqun altında qalan 22 nəfər xilas edilib və xəstəxanalara çatdırılıb.

Uçqun altında qalanların çıxarılması üçün axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, Hindistanın Çinlə sərhədində yerləşən Nathu La dağ keçidi mənzərəsi ilə məşhur turist məkanları sırasındadır.